Bir polisimiz şǝhid oldu

Mardinin Nusaybin qəsəbəsində PKK terrorçularının hərbiçilərə məxsus zirehli texnikanı raket atəşinə tutması nəticəsində 1 polis şəhid olub, 2-si isə yaralanıb.

440861
Bir polisimiz şǝhid oldu

Diclə məhəlləsində səhər saat 06:00 raddələrində zirehli texnikaya terrorçular tərəfindən raket hücumu olub.

Hücum zamanı zirehli texnikanın içərisindəki 3 polis əməkdaşı raket zərbəsindən yaralanıb.

Vəziyyəti ağır olan polislərdən birinin həyatını həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Batmanda isə terror təşkilatının üzvləri gənclik mərkəzinə 3 səs bombası atıb.

Ölən və ya yaralananın olmadığı olmadığı hadisə zamanı mərkəzdə təhsil alan şıgirdlərin qorxduğu bildirilir.

Hadisəni həyata keçirən terrorçuların axtarışı davam edir.



Әlaqәli Xәbәrlәr