Türkiyə Suriyada hər cür terrorizmə qarşı çıxır

Hazırda Ankaranın qarşı olduğu şey ABŞ, Rusiya və Əsəd rejiminin verdiyi yanlış dəstək sayəsində Suriyanın şimalında PKK rəhbərliyi altında yaratmaq istədikləri siyasi quruluş və terror dövlətidir.

440550
Türkiyə Suriyada hər cür terrorizmə qarşı çıxır

İndi düşmənçiliklərin sona çatdırılması üçün imzalanan Münhen Müqaviləsinin şənbə günü, gecə yarısından sonra qüvvəyə minməsi gözlənilir və bütün diqqətlər Suriyada nə olacağına çevrilib. Ancaq müharibə uzandıqca təhlükəsizliklə əlaqədar narahatlıqlar da atrır. Anti-DEAŞ koalisiyanın üzvü olan Türkiyə bu terrorçu təşkilata qarşı həyata keçirilən bütün qabaqlayıcı tədbirləri dəstəkləyir. Amma Suriyadakı müharibə bu gün şəkil dəyişdirərək Türkiyənin cənub sərhədi boyunca böyük bir təhlükəsizlik riski yaratmışdır.

Hadisələrin son həftələrdə eyni zamanda iki istiqamətdəki inkişafı Ankaranın YPG (Xalqın müdafiə Qoşunları) haqqındakı narahatlıqlarını daha da artırdı. Bunlardan birincisi, YPG-nin Afrinin şərqinə keçmə səyi göstərərək, Azaz, Tal Rifaat, İdlib və Hələb bölgələrindəki mötədil müxalif qruplara qarşı etdiyi hücumlardır. Görünür, bu hücumlar Fəratın şərqi və Afrin arasındakı torpaqları ələ keçirmək üçün həyata keçirilən planın bir hissəsi idi. Ufuq Ulutaşın qey etdiyi kimi, YPG-nin son məqsədi DEAŞ-la mübarizə adı altında öz nəzarətindəki torpaqları genişləndirməkdir. (buraya aşağıda verilən linki əlavə edin: http://www.nytimes.com/roomfordebate/2016/02/24/ar... Syria/the-kurdish-ypgs-fight-in-syria-is-to-win-territory-not-to-oppose-isis)

YPG indi bunu Rusiyanın hava hücumlarının və Suriya lideri Bəşər Əsəd rejiminin tam dəstəyi ilə edir. Bu vəziyyət Rusiya və Əsəd rejiminə yardım edərkən suriyalı müxalif qrupları zəiflədir. (buraya aşağıdakı linki əlavə edin http://www.nytimes.com/roomfordebate/2016/02/24/ar... syria/unconditional-us-support-for-kurdish-forces-in-syria-harms-the-anti-isis-cause)

İkinci narahatlıq isə YPG-nin ABŞ və Aİ tərəfindən terrorçu təşkilat olaraq qəbul edilən PKK İlə çoxdan davam edən münasibətilə bağlıdır. Türkiyədə son zamanlar artan PKK hücumları PKK-nı Türkiyə-Suriya sərhədi boyu silah, sursat və döyüşçü ilə təchiz edən YPG -nin yardımları ilə törədilmişdir. Türkiyə bir tərəfdən sərhədlərində DEAŞ-a qarşı təhlükəsizlik tədbirləri görür, digər tərəfdən də Suriyadan silah və PKK ilə əlaqəli olan terrorçu axınını dayandırmaq üçün tədbirlər görür.

PKK Suriya şöbəsinin guya DEAŞ-a qarşı apardığı mübarizədə aldığı dəstəklə cəsarət qazandı. PKK Suriyadakı müharibəni yeni terrorçular qazanmaq və Türkiyədə hücumlar təşkil etmək üçün istifadə edir. PKK tərəfdarlarının görmək istəmədiyi bir həqiqət var: PKK hökumətin başladığı həll prosesində tək başına təxribat törətdi. (buraya aşağıdakı linki əlavə edin -http://www.dailysabah.com/columns/ibrahim- Kalin/2015/08/15/who-really-sabotaged-the-reconciliation-process)

Əgər PKK və onun siyasi tərəfdarları həll prosesinin yenidən başlanmasını həqiqətən İstəyirlərsə, terror aktları törətməkdən əl çəkdiklərini və tərksilah olduqlarını bildirsinlər. Yalnız bu halda PKK "Prezident Rəcəb Tayyib Ərdoğanın kürdlərə qarşı müharibəsi" deyə təhrifli bir şəkildə təqdim olunan hadisələrə sədd çəkə bilər. Lakin PKK bunu etməkdən boyun qaçırır. Əvəzində, PKK və onun müdafiəçiləri sülh və demokratiya sözlərindən İstifadə edərək, bir tərəfdən də PKK terroruna dəstək verərək təşkilata haqq qazandırmağa çalışırlar.(buraya bu linki əlavə edin: "PKK: Mif və həqiqətlər" bu məqalə etmişdik o üzdən Öz saytınızdan öz dilinizdə link verin lütfən 23.01.2016 adımın səhifəsindən Sistemdən tapa Türkcəsini 23 saylı xəbər)

Türkiyənin müttəfiqlərindən dəstək istəmək üçün hər bir haqqı vardır. PKK və YPG arasında terror bağına göz yummaq həm əxlaqi, həm də siyasi baxımdan yanlışdır. PYD (Demokratik Birlik Partiyası) 2003-ci ildə PKK-nın həbsdəki lideri Abdullah Öcalanın birbaşa göstərişi ilə yaradıldı. Bu təşkilat PKK ilə eyni ideoloji məqsədləri və təşkilati quruluşu mənimsədi və PKK ilə olan əlaqəsini heç zaman gizlətmədi. 1980-ci illərdən etibarən PKK üzvlərinin təxminən 20%-i Suriyadan gəlir. Ragıp Soylunun hesabatında detallı bir şəkildə yazdığı kimi,ABŞ-ın bir sıra kəşfiyyat xarakterli analizi və hesabatları PKK və PYD arasındakı münasibətə istinad etmişlər. (buraya aşağıdakı linki əlavə edin lütfən Http://www.dailysabah.com/war-on-terror/2016/02/20... Pydypgs-organic-link-with-pkk-terror-organization)

Ankaranın PKK və PYD-ni qəbul etməməsini anti-kürd davranışı olaraq səciyyələndirmək sadəcə, qeyri-səmimilikdir. “New York Times"ın oxucuları yanlış istiqamətləndirən baş məqaləsində İddia edilənlərin əksinə, Türkiyənin nə Türkiyə kürdlərinə, nə də İraq, Suriya və İran kürdlərinə qarşı bir mənfi ustanovkası yoxdur. Türkiyə, istər dini, etnik istərsə də marxist-leninist İdeologiyasına malik olsun, bütün terror təşkilatlarına qarşıdır. Türkiyənin Şimali İraq Regional Kürd Rəhbərliyi ilə mükəmməl münasibətləri vardır. Çünki onların nə PKK, nə də Əsəd rejimi ilə əlaqəsi var. Amma Qərbdə bəzi şəxslərin öz maraqlarına xidmət etdiyi zaman terror təşkilatlarını qanuniləşdirmək vərdişləri vardır. Sadəcə, Ərdoğanı sevmədiyiniz üçün terror təşkilatına dəstək verməyiniz sizi haqlı etməz.

Bloombergin analizinә görə, ABŞ rəsmiləri YPG-nin PKK və rejim tərəfindən dəstəklənən qruplaşmalarla olan əlaqəsinı təsdiq etmişlәr: "Bəzi dövlət rәsmilәri bizә ABŞ kəşfiyyatının Kürdlərin silahlı qrupu və 2011-ci ildәn etibarәn Əsəd rejimi ilә eyni cәbhәdә döyüşәn Iran İnqilab Keşikçilәri Korpusu ilә Qüds Qüvvәlәri rəsmiləri arasında keçirilәn toplantını sәnәdlәşdirdiklәrini söylәdilәr.

Bu fraksiya hәmçinin YPG-nin separatçı terror tәşkilatı PKK ilә yaxın әlaqәsinin olduğunu da söylәyib.( http://www.chicagotribune.com/news/sns-wp-blm-declassified-kurds-165fe466-da41- 11e5-8210-f0bd8de915f6-20160223-story.html)

Hazırda Ankaranın qarşı olduğu şey ABŞ, Rusiya və Əsəd rejiminin verdiyi yanlış dəstək sayәsindә Suriyanın şımalında PKK-ın rәhbәrliyi altında yaradılmağa çalışdıqları siyasi quruluş vә terror dövlәtidir.Bu mәsәlәnin Suriya Kürdlərinin hüquqları ilә heç bir əlaqəsi yoxdur. Əksinə, rәsmi Ankara Kürdlәrin hüquqlarını hәm Suriyada, hәm dә İraqda dәstәklәmişdir. Әslindә, Suriyalı Kürdlәrin haqları barәdә ilk olaraq Әrdoğan danışmışdı.Hәtta 2014-ci ildə DEAŞ hücumlarından qaçan 200.000 min Kobaniliyә dә Türkiyә sığınacaq verdi.Bu gün terror tәşkilatı PKK-nın Suriya qolu ölkәnin şimalındakı qeyri-kürd bölgәlәrindә defakto olaraq yayılır.İnsan hüquqlarını pozan PYD və YPG Beynəlxalq Әvf Təşkilatı ''Amnesty International''a görə: "kəndləri yerlə-yeksan edərək" müharibə cinayәtlәri dә törәtdilәr.( https://www.amnesty.org/en/press- Releases/2015/10/syria-us-allys-razing-of-villages-amounts-to-war-crimes/

Hәqiqәt budur ki, ABŞ YPG-ni terror tәşkilatı DEAŞ-a qarşı istifadә edir, Rusiya isә Әsәd rejimini dәstәklәmәk vә bu rejim ilә öz mövcudluğunu davam etdirmәk üçün DEAŞ-dan Türkiyәyә qarşı istifadә edir.Әsәd Kürdlәrin öhdәsindәn gәlmәk üçün atasının yolunu davam etdirir.Zamanında Hahiz Əsəd 1980-ci ildә Türkiyəyə qarşı istifadə mәqsәdi ilә PKK-nın Suriyaya daxil olmasına icazə verәrәk Öcalana etibarlı liman yaratmışdır.Amma PKK Hafiz Әsәdin mәnfәәtlәrinә xidmət etmәdiyi tәqdirdә qovuldu.Bir il әvvәlәdәk Bәşәr Әsәd Kürdlәri saymayaraq onlara zülm edirdi. İndi isә o, cinayәtkar rejimi ilә eyni cәrgәdә duran vә suriyalı kürdlәrә әn böyük zәrәri verәn PYD vә YPG-ni öz tәrәfinә çәkmәyә çalışır.Hazırda Suriyada PYD vә YPG-yә verilәn hәr dәstәk ilk növbәdә, Rusiya ilә Әsәd rejiminin mәnfәәtlәrinә xidmәt edir.PYD,YPG və Suriya Kürdləri arasında qәti şәkildә fәrq qoymalıdır və Kürdlәrә qarşı düşmәnçilik bәslәnilmәmәlidir. PKK-nın Türkiyәdәki kürdlәri tәmsil etmәdiyi ki, PYD dә suriyadakı kürdlәrin yeganә tәmsilçidi deyil.Әslindә PKK və PYD-nin ideologiyasını bölüşməyən və Əsəd rejiminə qarşı dik duran minlərlə kürd var.Son tәhlildә güya DEAŞ-a qarşı aparılan müharibә, Suriya vә İraqda aparılan bir sıra vәkalәt müharibəsi vasitәsilә səmimiyyətdən uzaq bir güc müharibəsinə çevrildi.

İndi isә bizdәn ''DEAŞ-a qarşı müharibә'' adı ilә 400.000 mindәn çox öldürülmüş, milyonlarla qaçqın halına gәlmiş insanların faciәsini görmәmәk vә Әsәd rejiminin, onu dәstәklәyәnlәrin amansızlıqla işlәtdiklәri cinayәtlәri unutmaq tәlәb olunur.



Әlaqәli Xәbәrlәr