İnsanlar dənizdən xilas edilərsə, Türkiyəyə veriləcək

NATO Egey dənizindəki faciələrin qarşısını almaq üçün tədbirlər planı hazırlayıb

439990
İnsanlar dənizdən xilas edilərsə, Türkiyəyə veriləcək

NATO-ya üzv ölkələr Egey dənizində daimi patrul nəzarəti həyata keçirmək üçün razılığa gəliblər. Razılaşmanı mətbuat konfransı vasitəsilə jurnalistlərin diqqətinə çatdıran NATO Baş katibi Cens Stoltenberq deyib: “Patrul nəzarətini həyata keçirəcək bu gəmilər dənizdə təhlükəli vəziyyətdə olan gəmilərlə qarşılaşarsa, onlara yardım edəcək. Türkiyədən yola çıxan insanların dənizdə həyatları xilas edilərsə, onlar yenidən Türkiyəyə təhvil veriləcək. Bizim qurmağa razılaşdığmız bu ortaq patrul xidməti beynəlxalq qanunlara uyğun şəkildə hərəkət edəcək".

Qeyd edək ki, dənizlərdə 24 saat patrul fəaliyyətilə məşğul olacaq bu qrupun tərkibində 2 gəmi kəsfiyyat xarakterli reydlər həyata keçirərək yunan və Türkiyə sahil təhlükəsizlik əməkdaşlarına məlumatlar ötürəcək ki, bunula da insan qaçaqçılığının qarşısını almaq mümkün olacaq.

Türkiyə Xarici İşlər Nazirliyi bu razılaşma ilə bağlı verdiyi açıqlamada bildirib ki, “NATO tərəfindən verilən bu dəstəyin Egey dənizindəki insanlıq dramının azaldılmasında mühüm rol oynayacağına inanırıq".



Әlaqәli Xәbәrlәr