Türkiyədən Yunanıstana keçməyə cəhd göstərən 89 qaçqın yaxalandı

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık və Balıkesir Ayvalık qəsəbələrində qeyri-qanuni olaraq Yunanıstanın Lesbos adasına keçməyə çalışan 89 nəfər əcnəbi əsilli vətəndaş yaxalandı.

439441
Türkiyədən Yunanıstana keçməyə cəhd göstərən 89 qaçqın yaxalandı

Ayvacıkda jandarm dəstələri Küçükkuyu-Assos sahil yolunda nəzarət əsanasında iki mikroavtobus və bir lüks avtomobili dayandırdılar.

Mikroavtobuslarda Əfqanıstan əsilli 54 nəfər, avtomobildə isə qeyri-qanuni keçidin təşkilatçıları olaraq şübhəli bilinən 2 nəfər saxlanıldı.

Qəsəbədəki başqa bir əməliyyatda da 13 əfqanlı və qeyri-qanuni keçidin təşkilatçıları olaraq şübhəli bilinən 3 nəfər yaxalandılar.

Əcnəbi əsillilər "Ayvacık Əcnəbiləri Geri Göndərmə Mərkəzi"nə göndərildi.

Qeyri-qanuni keçidin təşkilatçıları olaraq şübhəli bilinən 5 nəfər isə həbs edildi.

Ayvalıkda isə jandarm dəstələri patrul xidməti əsnasında şişmə qayığa minməyə çalışan, aralarında qadın və uşaqların da olduğu 22 nəfəri yaxaladılar.

Suriyalı olduqları müəyyən olunan və Küçükköy Jandarm Polis Bölməsinə gətirilərək humanitar yardım edilən qaçqınlar Balıkesir Miqrasiya İdarəsinə təslim edilmək üçün Ayvalık Polis İdarəsinə aparıldılar.



Әlaqәli Xәbәrlәr