Türkiyә sərhədinə elektron sipәr çәkilir

ASELSAN-ın istehsal etdiyi yerli hava müdafiə sistemi ''KORAL'' təşkil olunan mərasimlə Türk Hava Qüvvələrinә tәhvil verilib.

437655
Türkiyә  sərhədinə elektron sipәr çәkilir

ASELSAN-ın istehsal etdiyi yerli hava müdafiə sistemi ''KORAL'' təşkil olunan mərasimlə Türk Hava Qüvvələrinә tәhvil verilib.

Türkiyә Müdafiə Sənayesi Müşaviri Prof. İsmayıl Demir son illərdə baş verən müharibələrdə elektron hərbin əhəmiyyətinin artdığını bildirib.

Aselsan Baş Direktoru Dr. Faiq Eken dә bu sistemin dünyada sadәcә bir neçә ölkәnin inventarında olduğunu qeyd edib.

Yerli hava müdafiə sistemi "KORAL"-dan Suriya sərhədində aktiv şәkildә istifadə ediləcək.

Sistem sәrhәd tәhlükәsizliyini tәmin edir düşmәnin raket,tәyyarә vә radar sistemlәrini zәrәrsizlәşdirir vә eyni zamanda birdәn çox hәdәfә qarşı hücuma keçir.

Qeyd edәk ki, ölkә tәhlükәsizliyini tәmin edәcәk sistem lazımi sınaqlardan keçirilib.



Әlaqәli Xәbәrlәr