Türkiyədə Nazirlər Kabinetinin növbəti iclası keçiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasına sədrlik edəcək.

437158
Türkiyədə Nazirlər Kabinetinin növbəti iclası keçiriləcək

Prezident Kompleksində keçiriləcək iclasın gündəmində terrorla mübarizə olacaq.

İclasda 28 insanın həyatını itirdiyi Ankaradakı terror hücumundan sonra və PYD-YPG , həmçinin,Suriyadakı bütün terror qrupları ilə əlaqədar atılacaq addımlar müzakirə olunacaq.

İclasda beynəlxalq təşkilatlar və beynəlxalq hüquq müstəvisində yürüdüləcək siyasətlər də müzakirəyə qoyulacaq.

Suriyadakı proseslər, iqtisadiyyatdakı son vəziyyət və Avropa İttifaqına tam üzvlük prosesi də gündəmdəki məsələlərdən olacaq.

Qeyd edək ki,Nazirlər Kabinetinin Ərdoğanın prezidentliyi dövründəki ilk iclası 19 yanvar 2015-ci ildə olmuşdu.

Bu günə qədər Nazirlər Kabinetinin prezident Ərdoğanın sədrliyi ilə 4 iclası keçirilib.



Әlaqәli Xәbәrlәr