Nәçirvan Bərzani Әhmәd Davudoğluna başsağlığı verib

İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Nәçirvan Bərzani Baş nazir Əhməd Davudoğlu ilə telefon əlaqəsi saxlayaraq Ankarada törədilən terror hücumunu lәnәtlәdiyini qeyd edib.

436057

Baş nazirlik mənbələrindən verilən məlumatda Davudoğlu ilə Bərzani arasında telefon danışığının olduğu bildirilib.

Baş nazir Davudoğlu da Bərzaniyə təşəkkür edərək Türkiyənin terrora qarşı qətiyyətlə mübarizə etməyə davam edәcәyini qeyd edib. Davudoğlu bu çərçivədə İraq Kürd Regional Rəhbərliyi ilə başda terror təşkilatı PKK olmaqla terror qruplaşmaları ilə mübarizədəki əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, görüş zamanı regional məsələlərin müzakirə olunduğu da bildirilib.

Әlaqәli Xәbәrlәr