Türkiyə Hava Yolları Oskar mərasimində

Türkiyə Hava Yolları (THY) 28 fevralda 88-cisi keçiriləcək Oskar mükafat mərasimində yüz milyonlarla insanın qarşısına çıxmağa hazırlaşır.

435752
Türkiyə Hava Yolları Oskar mərasimində

Reklam verənlərin tezlik almaq üçün sıraya girdiyi Oskar gecəsində THY-nin 60 saniyəlik reklam-roliki dönəcək.

Bir il əvvəl “Betmen və Supermen" filminə sponsor olan THY sonra Amerika Birləşmiş Ştatlarının ən böyük idman təşkilatı olan Amerika Milli Futbol Liqasının final müsabiqəsi “Super Bowl"un reklam gecəsində bütün dünyanın diqqətini çəkmişdi. Xüsusilə, elan vermək üçün dünyanın nəhəng şirkətlərinin sıraya girdiyi “Super Bowl" gecəsində THY amerikalı olmayan hava yolu şirkəti kimi ilk dəfə bu təşkilatın reklam verənləri arasında iştirak etməyi bacarmışdı.

800 milyona yaxın adamın izlədiyi “Super Bowl" gecəsində “Betmen və Supermen" reklamlarıyla özünü göstərən THY bu dəfə 28 fevral axşamı reallaşdırılacaq Oskar mərasimində dünyanın milyonlarla tamaşaçının qarşısına çıxmağa hazırlaşır.



Әlaqәli Xәbәrlәr