Dünya Türkiyəyə başsağlığı verir

Dünya Türkiyənin paytaxtı Ankaradakı xain hücuma səssiz qalmadı.

435186
Dünya Türkiyəyə başsağlığı verir

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin yadığı başsağlığı ismarıcında: "Müttəfiqimizin yanındayıq. NATO müttəfiqimiz Türkiyə ilə birgə terrorizm təhlükəsinə qarşı mübarizədəki güclü tərəfdaşlığımızı təsdiq edirik" deyildi.

NATO da, Ankaradakı hücumu qınadı.

Baş Katib Jens Stoltenberg: "NATO ölkələri terrorizmə qarşı mübarizədə çiyin-çiyinə verməlidir. Bu çətin zamanlarında Türkiyənin və Türk xalqının yanındayıq" dedi.

Fransa Prezidenti Fransua Hollande hücumu "iyrənc" olaraq səciyyələndirdi.

Azərbaycan da Türkiyənin acısını bölüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana xitabən yaydığı məktubda təcavüzün Azərbaycan xalqını dərindən kədərləndiyini bildirdi.

İspaniya Hökuməti də terror hücumunu "qətiyyətlə" pislədi. Diplomatik İnformasiya Ofisindənverilən məlumatda, İspaniyanın terrorla mübarizə məsələsində Türk xalqı ilə həmrəy olduğu və müqəssirlərin tezliklə məhkəməyə çıxarllacaqlarına inandıqları vurğulandı.

Latin Amerikası ölkələrindən Ekvador da, hücumu qınayaraq və hər cür terroru rədd etdiklərini açıqladı.

Panama Xarici İşlər Nazirliyi isə terror hücumunu "qorxaqhərəkət" adlandırdı.

Argentina Xarici İşlər Nazirliyinin yaydığı başsağlığı ismarıcında ArgentinanınTürkiyə ilə həmrəy olduğu ifadə edildi.

Macaristan Prezidenti Áder János da ,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi başsağlığı məktubunda terror qurbanlarının yaxınlarının və amansız hücumda yaralananların kədərini dərin hüznlə bölüşdüklərini bildirdi.

Macarıstan prezidenti məktubda: "Bu hücum ilə dəyərlərimizi inkar edən qeyri-insani zorakılıq qarşısında çətinliklərimiz daha da artır" yazdı

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Hassan Caberi Ənsari də terror hücumunu pislədiklərini bildirərək: "Bu hadisə bir daha terrora qarşı ibirliyin vacibliyini ortaya qoydu" dedi.



Әlaqәli Xәbәrlәr