‘‘Suriyadakı müharibәnin sәbәbkarı Türkiyә deyil’’

Bu sözlәri Türkiyәnin Baş naziri Әhmәd Davudoğlu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilәn həftəlik qrup iclasındakı çıxışında deyib.

433770
‘‘Suriyadakı müharibәnin sәbәbkarı Türkiyә deyil’’

Bu sözlәri Türkiyәnin Baş naziri Әhmәd Davudoğlu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilәn həftəlik qrup iclasındakı çıxışında deyib.

Türkiyәnin Baş nazir Əhməd Davudoğlu terror təşkilatı PYD terrorçuların Moskva rəhbərliyinin maliyyәlәşdirdiyi əsgərləri olduğunu bildirib.

Türkiyənin Azez qәsәbәsinә qarşı hәyata keçirilәn hücumlara mane olduğunu ifadә edәn baş nazir Türk Silahlı Qüvvələrinin hәyata keçirdiyi әmәliyyatdan sonra terror təşkilatı YPG-in buradaki irəliləyişini dayandırdığını bildirib.

Baş nazir Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilәn həftəlik qrup iclasındakı çıxışında Suriyadakı müharibənin sәbәbkarının Türkiyənin olmadığını vurğulayıb.

Baş nazir: ''Hələbdə mülki vətəndaşlara qarşı hücumu qınayırıq'' deyirlər. Kim törәtdir bu bombardmanı, açıq deyin. Bizlər gur səslə deyirik: ''Alçaq Rus təyyarələri törәtdi''. YPG faktorları bundan sonra da yaxınlaşmağa cәhd göstәrsәlәr bizdən ən şiddətli reaksiyanı görəcəklər'' deyib.

Terror təşkilatı DEAŞ bəhanə edilərək bölgədə şüurlu bir soyqırımın həyata keçirildiyini ifadә edәn Baş nazir: ''PYD terrorçuların Moskva rəhbərliyinin maliyyәlәşdirdiyi əsgərləridir. YPG qәtiyәn nә kürdlәrin nә dә Suriyanın nümayәndәsi deyil. Suriyanın hәdәfi rejim tәrәfdarlarının qalması digәrlәrinin isә sürgünә göndәrilmәsidir. Bu Rusiyanın Çeçenistanda tәdbiq etdiyi strategiyasına bәnzәyir'' deyib.



Әlaqәli Xәbәrlәr