Bölgǝdǝ yaxın zamanda bǝrpa işlǝri başladılacaq

Baş nazirin müavini vǝ hökumǝt nümayǝndǝsi Numan Kurtulmuş terrorla mübarizǝ ǝmǝliyyatlarından sonra bölgǝdǝ yaxın zamanda bǝrpa işlǝrinin başladılacağını söylǝyib.

429216
Bölgǝdǝ yaxın zamanda bǝrpa işlǝri başladılacaq

Baş nazirin müavini vǝ hökumǝt nümayǝndǝsi Numan Kurtulmuş terrorla mübarizǝ ǝmǝliyyatlarından sonra bölgǝdǝ yaxın zamanda bǝrpa işlǝrinin başladılacağını söylǝyib.

Numan Kurtulmuş Nazirlǝr Kabinetinin toplantısından sonra açıqlama verǝrǝk bildirib ki, terrorla mübarizǝ çǝrçivǝsindǝ hǝftǝlik dǝyǝrlǝndirmǝlǝr aparılaraq proses tǝqib edilǝcǝk vǝ terrora dǝstǝk verǝn bǝlǝdiyyǝlǝr haqqında istintaq başladılacaq.

Nazirlǝr Kabinetinin toplantısında ehtimal olunan qaçqın axını da müzakirǝ edilib.

Suriyada Rusiya vǝ İranın dǝstǝyi ilǝ dinc sakinlǝri bombalayan Әsǝd qüvvǝlǝrinin zülmündǝn qaçaraq Türkiyǝyǝ istiqamǝtli ehtimal olunan köç dalğasına qarşı hazır olduqlarını vurğulayan Numan Kurtulmuş mǝqsǝdlǝrinin miqrantları sǝrhǝddǝn kǝnarda qonaq etmǝk olduğunu bildirib.

Kurtulmuş rus qırıcı tǝyyarǝlǝrinin Suriyada ümumilikdǝ mötǝdil müxalifǝti vǝ dinc sakinlǝri hǝdǝf aldığını söylǝyib.

Cenevrǝ danışıqları da yığıncaqda müzakirǝyǝ çıxarılıb.

Baş nazirin müavini Numan Kurtulmuş müzakirǝlǝrdǝ müǝyyǝn nǝticǝlǝr ǝldǝ edilmǝsinǝ vǝ Suriyada sülhün tǝmin olunmasına imkan yaradacaq addımların atılmasına ümid etdiyini bildirib.

Kurtulmuş, Türk Silahlı Qüvvǝlǝrinin Suriyaya istiqamǝtli ǝmǝliyyat hazırlığı olub olmadığı ilǝ ǝlaqǝli suala cavab verǝrǝk deyib ki, Türkiyǝ Suriyanın torpaq vahidliyinǝ hörmǝtlǝ yanaşır. Ölkǝnin tǝhlükǝsizliyinǝ, suverenliyinǝ zǝrǝr verǝcǝk hǝr hansı hadisǝ ehtimalına qarşı Türkiyǝ hǝr zaman tǝdbirlidir vǝ hazır vǝziyyǝtdǝ gözlǝyir. Bunun üçün lazım gǝlǝcǝk hǝr tǝdbiri dǝ görǝr.



Әlaqәli Xәbәrlәr