Türkiyə ötən il 36 milyon 244 min 632 əcnəbi turist qəbul etdi

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin internet səhifəsindəki məlumatlara görə, 2015-ci ildə Türkiyəyə gələn əcnəbi turist sayı əvvəlki ilə görə 1,61 % azalaraq 36 milyon 244 min 632 olub.

425449
Türkiyə ötən il 36 milyon 244 min 632 əcnəbi turist qəbul etdi


Ötən il dekabr ayında ən çox əcnəbi turistin olduğu şəhər 822 min 809 turist sayı ilə İstanbul oldu, 202 min 10 əcnəbinin gəldiyi Ədirnə ikinci, 153 min 776 turist sayı ilə Artvin üçüncü sırada yer aldı. Antalya həmin dövrdə 99 min 65, İzmir 24 min 140 xarici turist qəbul edib.

2015-ci ildə Türkiyəyə ən çox gələn almanlar oldu. Daha sonra ruslar və ingilislər gəlir.



Әlaqәli Xәbәrlәr