“Avropanın taleyini bu iki ölkə yazacaq”, Ə.Davudoğlu

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Türkiyə və İngiltərənin Avropanın şərqində və qərbində iki mühüm dövlət olduğunu və Avropanın taleyini əsas bu ölkələrin yazacağını söyləyib.

423281
“Avropanın taleyini bu iki ölkə yazacaq”, Ə.Davudoğlu

İngiltərənin paytaxtı Londonda Türkiyə və İngiltərə iş adamları ilə olan ziyafətdə danışan Davudoğlu deyib: “Coğrafiya və tarixi keçmişi yaxın olan Türkiyə və İngiltərə bir-birini tamamlayır. İki ölkə də 2015-ci ildə Parlament seçkisinə gedərək 4 illik tək hakimiyyət və sabitlik qazandılar. Bu uğur Türkiyə və Britaniya münasibətlərində yeni perspektivin başlanğıcı ola bilər."

İstanbul və Londonun tarix boyu ticarət və iqtisadiyyat mərkəzləri olduğuna işarə edən Davudoğlu: "İstanbul “İpək yolu", London müasir iqtisadiyyatın başlanğıcı olan sənaye inqilabı ilə yadda qalıb. Bu gün hər iki ölkənin 16-17 milyard dollar arası ticarət həcmi var və bir neçə il içində 20 milyarda çıxması üçün səylər göstərilir", deyib.

Şimalı Kipr (Kuzey Kıprıs) probleminə də toxunan Baş nazir bu barədə deyib: “Sülh anlaşması Türkiyənin Avropa İttifaqının üzvü olmasını asanlaşdıracaq və Avropanın böyük qazanclar əldə etməsinə səbəb olacaq."

Suriya, Ukrayna və İraqda problemlər olduğu halda Türkiyənin bölgədə bir sabitlik, rifah və iqtisadi inkişaf adası olduğunu söyləyən Davudoğlu ölkə daxilində də terrorun hər növüylə mübarizə aparıldığını vurğulayıb. Baş nazir islahat paketləri, Türkiyənin təqdim etdiyi böyük imkanlar və investorların Türkiyə ilə əməkdaşlığı məsələlərinə də toxunub.



Әlaqәli Xәbәrlәr