Yığıncaqda terror mǝsǝlǝsi müzakirǝ edilib

Daxili İşlǝr naziri Әfkan Ala yığıncaqdan sonra jurnalistlǝrin suallarına cavab verib.

412142
Yığıncaqda terror mǝsǝlǝsi müzakirǝ edilib

Daxili İşlǝr naziri Әfkan Ala yığıncaqdan sonra jurnalistlǝrin suallarına cavab verib.
Daxili İşlǝr naziri Әfkan Ala terror tǝşkilatı PKK-nın demokratiya vǝ xalqın iradǝsini xǝndǝklǝrǝ quylamaq istǝdiyini ancaq vǝtǝndaşların buna icazǝ vermǝdiyini söylǝyib.
Nazir Baş nazirin müavini Numan Kurtulmuş başçılığında Çankaya qǝsrindǝ keçirilǝn terror mövzulu yığıncaqdan sonra jurnalistlǝrin suallarına cavab verib.
Terror tǝşkilatı PKK-ya qarşı başda Şırnak vilayǝtinin Silopi vǝ Cizrǝ qǝsǝbǝlǝri olmaqla cǝnub-şǝrq bölgǝsindǝ iki gündür davam edǝn genişmiqyaslı ǝmǝliyyatlarda 826-sı ağır vǝ uzun mǝnzilli olmaqla 2400 silah, 10 tona yaxın partlayıcı maddǝ ilǝ 10 min ǝdǝd başqa silah-sursatın ǝlǝ keçirildiyini bildirib.
25 terrorçunun mǝhv edildiyini qeyd edǝn nazir ǝmǝliyyatlar zamanı vǝtǝndaşların ziyan görmǝmǝsi üçün qadağan saatlar elan edildiyini vurğulayıb. Nazir:” Biz vǝtǝndaşlarımıza ziyan deysin istǝmirik. Ona görǝ dǝ belǝ bir qǝrar qǝbul edilib. Vǝtǝndaş terror tǝşkilatının tǝzyiqini istǝsǝ, seçki zamanı sǝs vermǝzdi. Demokratiyanı xǝndǝklǝrǝ quylamağa cǝhd göstǝrirlǝr, amma dövlǝt bunun qarşısının alınması üçün tǝdbirlǝr görür. Terror tǝşkilatı mütlǝq mǝhv edilǝcǝk. Әmǝliyyatlar başa çatdırıldıqtan sonra uşaqların tǝhsildǝn geri qalmamaları üçün bütün tǝdbirlǝr görülǝcǝktir” deyǝ bildirib.
Bölgǝdǝ 10 min tǝhlükǝsizlik qüvvǝsinin iştirak etdiyi ǝmǝliyyatlara iki general nǝzarǝt edir. Rǝsmi Ankara ǝmǝliyyatları yaxından izlǝyir.
Bugün sǝhǝr radǝlǝrindǝ keçirilǝn terrorla mübarizǝ mövzulu yığıncaqda cǝnub-şǝrqi Anadoluda terror aktlarına görǝ evlǝrindǝn ayrılmaq mǝcburiyyǝtindǝ qalanların vǝziyyǝti dǝ müzakirǝ edilib.

Xüsusilə Cizre, Silopi və Surdan terror hücumuna mǝruz qalaraq evlǝrindǝn qaçanların vəziyyəti müzakirə mövzusu olub.

Saat 9-da başlayan yığıncağda Baş nazir müavini Mehmet Şimşək, Daxili İşlər naziri Efkan Ala, Səhiyyə naziri Mehmet Müezzinoğlu, Maliyyə naziri Naci Ağbal və Milli Təhsil naziri Nabi Avcı iştirak edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr