Ə.Davudoğlu Rusiya-Türkiyə münasibətlərini dəyərləndirib

Baş nazir Əhməd Davudoğlu Rusiyadan gələn təbii qazın dayanmayacağını bildirib.

409359
Ə.Davudoğlu Rusiya-Türkiyə münasibətlərini dəyərləndirib

Televiziya kanallarından birinə müsahibə verən Baş nazir Rusiya-Türkiyə münasibətlərini dəyərləndirib.
Davudoğlu, " Enerji əməkdaşlığı qarşılıqlı maraq və asılılıq çərçivəsində davam edən bir əlaqədir. Ümid edirik ki, Rusiya öz öhdəliklərini yerinə yetirməkdən imtina etməz" deyə vurğulayıb.
Baş nazir "Akkuyu Layihəsinin" də davam etdiyini xatırladaraq bildirib ki, ‘‘Məsələyə təmkin və rahatlıqla yanaşmaq lazımdır. Türkiyə olaraq tədbirləri hər zaman almağa davam edəcəyik" deyə Baş nazir qeyd edib.
Egey dənizində balıqçı gəmisinə edilən hücuma da münasibət bildirən Davudoğlu, lazım olan addımların atıldığını ifadə edərək "Rusiya ilə kommunikasiya vasitələrimizi açıq tutmaq istəyirik , bircə qapalı olan yer hava məkanımızdır" deyə vurğulayıb.
Baş nazir Davudoğlu, Başika düşərgəsindəki türk əsgərinin mövcudluğu haqqında "Biz hər zaman hərbi zərurətlər nə tələb edirsə onu edirik’’deyə bildirib. "Suriyada legitimliyi olmayan bir quruluş var. Gücü də yoxdur. Bütün Suriya sərhədləri boyu bu ölkənin nəzarət etdiyi sərhəd çox azdır. İraqda isə legitimlik var, amma sərhədini qorumağa gücü yetərli olmayan bir hakimiyyət var" deyə fikirlərini ifadə edib.
Davudoğlunun gündəmində yeni konstitusiya ilə prezident üsul -idarə sistemi də olub. Qeyd edək ki, Baş nazirin konstitusiya ilə bağlı müxalifət partiyaları ilə gələn həftə görüş keçirməsi gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr