Türk balıqçılarının olduğu qayığa xəbərdarlıq atəşi açılıb

Rus döyüş gəmisidən Türk balıqçılarının olduğu qayığa xəbərdarlıq atəşi açılıb.

408150
Türk balıqçılarının olduğu qayığa xəbərdarlıq atəşi açılıb

Rus döyüş gəmisidən Türk balıqçılarının olduğu qayığa xəbərdarlıq atəşi açılıb.
Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə Әgǝ dənizində Türk balıqçı qayığı Rus döyüş gəmisinə yaxınlaşmasi səbəbindən toqquşmanın qarşısını almaq məqsədi ilə xəbərdarlıq atəşi açılıb.

Balıqçı qayığının sahibi isə gəminin heç bir şəkildə narahat edilmədiyini və xəbədarlıq atəşinin olmadığını söyləyib.

Çanaqqalanın Geyikli limanına qayıdan qayıq, səlahiyyətlilər tərəfindən tədqiq edilib və kamera qeydiyyatları alınıb.
Rusiyanin iddiasına görə Yunanıstanın Limni adasının 22 kilometrliyində baş verən hadisədə atəş açıldıqdan sonra balıqçı gəmisi istiqamətini dəyişib.
Hadisənin baş vermə səbəbini araşdırmaq üçün Moskva səfirliyindəki türk hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu hadisəyə belə münasibət bildirib: “Rus tərəfindən açıqlamanı bildik. İndi o balıqçı qayığını müəyyən edilib onlarla görüşdükdən sonra lazım olan açıqlamaları biz də verərik. Amma biz gərginlik yaratmaq üçün deyil, gərginliyi danışıqlar yolu ilə aradan qaldırmaq üçün çalışırıq və 24 noyabrda yaşanan o üzücü hadisədən sonra atdığımız bütün addımlar buna yönəlib.
Rusiyanın gərginliyi daha da artırmağa çalışması Türk Silahlı Qüvvələrinin yeni bir qərar qəbul etməsinə səbəb oldu. Türk Silahlı Qüvvələri heyətinin Rusiyaya girməsi qadağan edildi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr