Dövlət başçısı Ərdoğanın Türkmənistan səfəri başa çatıb

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terrorizmə qarşı beynəlxalq ictimaiyyət  üzərinə daha çox məsuliyyət götürməlidir deyib.

407722
Dövlət başçısı Ərdoğanın Türkmənistan səfəri başa çatıb

Prezident Ərdoğan Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistanın bitərəfliyinin 20-ci ildönümü münasibəti ilə keçirilən konfransında iştirak edib.
Ərdoğan təhlükəsizlik problemlərinin artdığını və terror təhdidinin getdikcə yayıldığını bildirib.
Sülh və sabitliyi təhdid edən münaqişələrin və bu münaqişələrin ortaya çıxardığı qeyri-müəyyənliklərin bütün ölkələrə təsir etdiyini vurğulayan Ərdoğan: ‘‘Bu münaqişələrin beynəlxalq hüquq və əməkdaşlıq çərçivəsində tez zamanda həll olunmasını arzu edirik" deyib.
Ərdoğan konfransa qatılan bəzi liderlər ilə də ikitərəfli görüşlər keçirib.
Dövlət başçısı ilk olaraq Gürcüstan prezidenti Giorgi Margvelashvili ilə görüşüb, daha sonra Pakistanın baş naziri Navaz Şərifi qəbul edib.
Dövlət başçısı həmçinin, Belarus, Qırğızıstan, Özbəkistan, Əfqanıstan, Tacikistan, Xorvatiya və Moldova prezidentləri ilə də fikir mübadiləsi aparıb.
Ərdoğan İran prezidentinin birinci müavini İshaq Cihangiri ilə də bir araya gəlib.
Qeyd edək ki, dövlər başçısı Türkmənistandakı görüşlərindən sonra Türkiyəyə qayıdıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr