Türkiyǝdǝ tǝhsil alan rus tǝlǝbǝlǝrin cavabı

Rusiyanın “geri qayıdın” çağırışına rus tǝlǝbǝlǝr nǝ cavab veriblǝr?

406086
Türkiyǝdǝ tǝhsil alan rus tǝlǝbǝlǝrin cavabı

Rusiya ilǝ Türkiyǝ arasında düşürülǝn tǝyyarǝyǝ görǝ yaranan böhrandan sonra rǝsmi Moskva Türkiyǝdǝ olan vǝtǝndaşlarına geri qayıtmaları üçün çağırış etdi.
Türkiyǝdǝ tǝhsil alan rus tǝlǝbǝlǝr bu çağırışa cavab verdilǝr. Gaziantǝp universitetindǝ tǝhsil alan rus tǝlǝbǝlǝr Türkiyǝdǝ olduqlarına görǝ mǝmnunluqlarını dilǝ gǝtirdilǝr.
Bir qrup tǝlǝbǝ bildirib ki, rus vǝ türk hökumǝti arasındakı böhran bizi maraqlandırmır. Türkiyǝ vǝ Rusiya xalqları arasındakı qardaşlığı heç kǝs poza bilmǝz. Burdakı yoldaşlarımızın hamısı qaziantǝplidir, rus deyil. “Baş verǝn böhran bizǝ tǝsir etmǝdi, problemlǝ qarşılaşmadıq. Türkiyǝdǝ tǝhsilimizi tamamlamaq istǝyirik. İki ölkǝ arasında başlayan böhrandan sonra türk rǝsmilǝri bizimlǝ yaxından maraqlandılar, bizǝ problem olmadığını, tǝhsilimizi davam etdirmǝyimizi söylǝdilǝr. Ailǝlǝrimiz dǝ dǝstǝk oldu. Burada xoşbǝxtik, amma sülh istǝyirik” –deyǝ rus tǝlǝbǝlǝr bildiriblǝr.
Rus tǝlǝbǝlǝr iki ölkǝ arasında yaşanan gǝrginliyin başa çatmasını istǝyirlǝr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr