R.T. Ərdoğan Mark Zuckerbergin açıqlamalarını yüksək qiymətləndi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ‘‘ Facebook’’ saytının yaradıcısı Mark Zuckerbergin müsəlmanlar ilə bağlı verdiyi açıqlamalarını yüksək qiymətləndirdiyini bildirib.

405683
R.T. Ərdoğan Mark Zuckerbergin açıqlamalarını yüksək qiymətləndi

Ərdoğan rəsmi Facebook hesabından yayımladığı mesajda: ‘‘ İslam və terror kəlməsinin eyni vaxtda istifadə edildiyi bu dövrdə aradakı bu böyük fərqi ifadə etdiyi üçün Mark Zuckerbergin mesajını yüksək qiymətləndirirəm" deyib.
Qeyd edək ki, Mark Zuckerberg Donald Trumpın müsəlmanlar haqda verdiyi açıqlamasına bu sözlərlə cavab vermişdi: ‘‘Bu gün hücum sizə qarşı yönəlməsə də zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq" deyib.
Zuckerberg həmçinin ‘‘müsəlmanlar Facebookda hər zaman xoş qarşılanacaqlar’’ deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr