Davudoğlu:"İraq Kürd Bölgǝsinin sabitliyi ǝhǝmiyyǝt daşıyır"

Baş nazir İraq Kürd Regional İdarǝsinin rǝhbǝri Mǝsud Bǝrzaninin Ankaraya sǝfǝrinin mübahisǝlǝrin olduğu bir zamanda reallaşmasının çox mǝnalı vǝ vaxtında olan bir addım kimi dǝyǝrlǝndirib.

405258
Davudoğlu:"İraq Kürd Bölgǝsinin sabitliyi ǝhǝmiyyǝt daşıyır"

Bǝrzani Ankaradakı görüşlǝri çǝrçivǝsindǝ Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan tǝrǝfindǝn qǝbul edilib.
Qǝbulda terrorla mübarizǝnin vǝ bu sahǝdǝki ǝmǝkdaşlığın daşıdığı ǝhǝmiyyǝtǝ diqqǝt çǝkilib.
Dövlǝt başçısı Әrdoğanın görüşdǝ DEAŞ vǝ PKK terror tǝşkilatları ilǝ mübarizǝdǝ Türkiyǝnin qǝti qǝrarlı olduğunu vurğulayıb.
Tǝrǝflǝr hǝmçinin İraqın dincliyi üçün mǝzhǝb böhranını dǝrinlǝştirǝcǝk addımlardan imtina edilmǝsinǝ dǝ diqqǝt çǝkiblǝr.
Mǝsud Bǝrzani qǝbuldan ǝvvǝl Milli Kǝşfiyyat İdarǝsinin rǝhbǝri Hakan Fidanla görüşüb. Görüşdǝn sonra açıqlama verilmǝyib.

Baş nazir Әhmǝd Davudoğlu İraq Kürd Regional İdarǝsinin rǝhbǝri Mǝsud Bǝrzaninin Ankaraya sǝfǝrinin mübahisǝlǝrin olduğu bir zamanda reallaşmasının çox mǝnalı vǝ vaxtında olan bir addım kimi dǝyǝrlǝndirib.
Görüşdǝn ǝvvǝl açıqlama verǝn Davudoğlu İraq Kürd Bölgǝsinin sabitliyinin ǝhǝmiyyǝtli olduğunu vurğulayaraq deyib ki, Türkiyǝnin İraqdakı varlığı bu bölgǝnin sabitliyindǝn asılıdır. DEAŞ-a qonşu olmaq istǝmirik.
Davudoğlu Türk ǝsgǝrinin Mosulda Başika düşǝrgǝsindǝ tǝlim mǝqsǝdilǝ olması barǝdǝ isǝ Xarici İşlǝr Nazirliyi müşaviri Feridun Sinirlioğlu vǝ Milli Kǝşfiyyat İdarǝsinin rǝhbǝri Hakan Fidanın Bağdada gedǝcǝyini ifadǝ edib.
Baş nazir Sincarda DEAŞ-a qarşı ǝldǝ edilǝn zǝfǝrǝ görǝ Bǝrzanini tǝbrik edǝrǝk deyib ki, sizin üçün önǝmli olan mövzular bizim üçün dǝ ǝhǝmiyyǝtlidir. Bizin taleyimiz budur. Aramızdakı sǝrhǝdlǝr ayıran deyil, birlǝşdirǝn sǝrhǝdlǝr olmalıdır. Biz hǝr zaman sizin yanınızda olacağıq.
Bǝrzani dǝ sǝmimi qarşılamaya görǝ Baş nazir Davudoğluna tǝşǝkkür edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr