Baş nazir Davudoğlu İraq Baş nazirinə məktub ünvanlayıb

Davudoğlu İraq Baş naziri Heydər Əl Abadiyǝ Türkiyənin Başikada ötən ilin mart ayından bǝridir hǝyata keçirdiyi təlim proqramı və buradakı qüvvələrin fəaliyyətlərinə dair məlumat verib.

402224
Baş nazir Davudoğlu İraq Baş nazirinə məktub ünvanlayıb

Baş nazir Əhməd Davudoğlu, İraq Baş naziri Heydər Əl Abadiyǝ Türkiyənin Başikada ötən ilin mart ayından bǝridir hǝyata keçirdiyi təlim proqramı və buradakı qüvvələrin fəaliyyətlərinə dair məlumat verib.
Baş nazir Davudoğlu, İraq Baş naziri Abadiyǝ ünvanladığı məktubda bildirib ki, İraqın, bütün ölkələr tǝrǝfindǝn hörmət göstərilməsi lazım olduğuna inandığı, suverenliyi və ərazi bütövlüyü məsələsində ən həssas ölkələrdən olan Türkiyə bunu zəiflədəcək hər hansı bir addım atmayacaqdır.
İraq hökumətinin həssaslıqları aradan qaldırana qədər Başikada fǝaliyyǝtlǝrin dayandırıldığını bildirən Baş Nazir Davudoğlu məktubunda qeyd edib ki, Türkiyə İraqa DEAŞ ilə mübarizəsində hər cür dəstəyi qətiyyətlə verməyə davam edəcək. Bu barədə İraq hökuməti ilə olan əməkdaşlığı məsləhətləşmə və koordinasiya daxilindǝ güclǝndirmǝk istǝyirik.
Baş nazir Davudoğlu məktubunda İraq ilə Türkiyənin əməkdaşlığından narahat olan və bunun sona çatmasını istəyən mərkəzlərin məqsədlərinə çatmasına yol verilmǝmǝsinin vacibliyini dǝ vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr