Təkər dəyişdirməyə gedən 4 hərbçiyə atəş açıldı

Diyarbakırın Sur və Şırnakın Cizre qəsəbələrində terror hücumlarında 1 polis məmuru, 2 əsgər şəhid olub, biri ağır olmaqla 2 əsgər yaralanıb.

401484
Təkər dəyişdirməyə gedən 4 hərbçiyə atəş açıldı

  Əməliyyatların davam etdiyi Diyarbakırın Sur qəsəbəsi Kurşunlu məscidinin yaxınlığında terrorçularla polislər arasında qarşıdurma baş verib. Bir polis yaralanıb, Dəclə Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb, amma bütün səylərə baxmayaraq dünyasını dəyişib.

  Şırnakın Cizre qəsəbəsinin Nusaybin xiyabanında maşının təkərini dəyişdirməyə gedən 4 hərbçiyə uzun lüləli silahlarla atəş açılıb, 2-si şəhid olub, 2-si yaralanıb.
Xəstəxanaya aparılan yaralılardan birinin vəziyyətinin ağır olduğu söylənilir.

  Polislər təcavüzkarların tutulması üçün qəsəbədə hərbi əməliyyatları davam etdirir.

   Cizre qəsəbəsində terror hücumu nəticəsində şəhid olan 2 əsgər üçün Şırnak 23-cü Jandarma Sərhəd Diviziya Komandanlığında bu səhər mərasim təşkil edilib və sonra bu 2 əsgər və 1 polisin cəsədləri məmləkətlərinə göndərilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr