"Gördüyümüz hər tədbir Türkiyəni qorumaq üçündür", Ə.Davudoğlu

Türkiyənin Mosulda əsgər xəbərlərilə bağlı Baş nazir Davudoğlu deyib:

401487
 "Gördüyümüz hər tədbir Türkiyəni qorumaq üçündür", Ə.Davudoğlu

  Türkiyə əsgərinin Mosula getməsi və yardımlarımızdan səhv mənalar çıxaranlar var. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Əsgərlərimiz Mosul könüllülərinə hərbi təlim vermək və bölgənin qorunmasına kömək üçün oradadır".

  Ankarada Türk-İş Baş İdarəsində çıxış edən Davudoğlu Türkiyənin ilk növbədə İraq və Suriyada sabitlik və rifah istədiyini təkrarlayaraq bildirib: "Başda DEAŞ (İŞİD) və PKK olmaqla bütün terror təşkilatlarından bu iki dost ölkənin xilas olması lazımdır. Hər zaman olduğu kimi, bu gün də köməyə hazırıq".

  Mosulun təxminən 30 kilometr şimal-şərqində yerli könüllü qüvvələrin terrorla mübarizəsinə yardım məqsədilə qurulan Başika düşərgəsinin təlim düşərgəsi olduğunu söyləyən Davudoğlu deyib: "Bu, yeni bir düşərgə da deyil. Demək olar ki, bir ilə yaxındır, burada 2 mindən çox mosullu qardaşımıza təlim verilib və Mosulun DEAŞ terrorundan xilas olması üçün kömək edilib və edilir."

  Baş nazir Davudoğlu Türkiyə-Rusiya münasibətlərinə də toxunaraq deyib: "Günlərdir Rusiya tərəfindən ağır ittihamlara məruz qalırıq. Mən başda Putin olmaqla bütün rus siyasətçilərindən soruşmaq istəyirəm: “Türkiyə Rusiya sərhədini pozsaydı, Rusiya nə edərdi?” Mən Rusiya xalqına üzümü tuturam və deyirəm: “Bizi anlayın, gördüyümüz hər tədbir Türkiyəni qorumaq üçündür."


Etiketlәr:

Әlaqәli Xәbәrlәr