Әrdoğan:"Mǝsǝlǝni böyütmǝk kimi bir niyyǝtimiz yoxdur"

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Rusiyanı vǝ prezident Putini sǝrt sözlǝrlǝ tǝnqid edib.

398333
Әrdoğan:"Mǝsǝlǝni böyütmǝk kimi bir niyyǝtimiz yoxdur"

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Rusiyanı vǝ prezident Putini sǝrt sözlǝrlǝ tǝnqid edib.
Qǝtǝrdǝn qayıdarkǝn tǝyyarǝdǝ jurnalistlǝrǝ açıqlama verǝn Dövlǝt başçısı deyib ki, sǝrhǝd mǝntǝqǝsindǝ düşürülǝn tǝyyarǝ ilǝ ǝlaqǝli olaraq Rusiya “qara tǝbliğat” aparır. Ciddi bir iftira kampaniyası davam etdirirlǝr. Dünya liderlǝri Putinǝ inanmır. Bu böhtanlara dünya liderlǝri ǝlbǝttǝ inanmır. Bunun ǝksinǝ Rusiya belǝ iftira kampaniyaları ilǝ özünün inandırıcılığını itirir. Görüş keçirdiyim liderlǝrdǝ bunu müşahidǝ etdim.
Dövlǝt başçısı Әrdoğan Rusiyanın duyğularını ön planda tutduğunu vǝ belǝ rǝftar etdiyini, Türkiyǝnin ǝsil bir mövqe ortaya qoyduğunu vurğulayıb.
Rusiyanın sanksiyalardan bǝhs etmǝsinin xoş olmadığını bildirǝn Dövlǝt başçısı deyib ki, tǝbii qaz alğısı barǝdǝ narahatlıq olmasın. Rusiya duyğuları ilǝ hǝrǝkǝt edǝrǝk sanksiyalardan danışmağa başladı. Bu uyğun deyil. Әrzaq mǝmullarını almayacaqlarını deyirlǝr, iş adamlarına ǝziyyǝt edirlǝr. Bunlar dövlǝtin ciddiliyi ilǝ üst-üstǝ düşmür.
Pozuntunun sadǝcǝ havada yox, Aralıq dǝnizindǝ yaşandığına diqqǝt çǝkǝn Әrdoğan bildirib ki, Aralıq dǝnizindǝ Moskva adlı kruiz gǝmilǝrimizi narahat etmǝyǝ başladı, bunu dedikdǝ “xǝbǝrimiz yoxdu, lazım gǝlǝn xǝbǝrdarlıq edilǝcǝkdir” deyǝ bildirdilǝr. Aralıq dǝnizindǝki mǝsǝlǝ hǝllini tapdı, sonra isǝ mǝlum hadisǝ baş verdi.
Dövlǝt başçısı Әrdoğan Qǝtǝr Universiteti tǝrǝfindǝn “Fǝxri doktorluq” ünvanı ilǝ tǝltif olunarkǝn etdiyi çıxışda da Rusiya ilǝ ǝlaqǝlǝri dǝyǝrlǝndirǝrǝk deyib ki, heç kimin Türkiyəyə DEAŞ-dan neft alması ilə bağlı iftira atmağa haqqı yoxdur. Türkiyə bir terror təşkilatından neft alacaq qədər əxlaqi dəyərlərini itirməyib.
Dövlǝt başçısı Rusiya ilǝ düşürülǝn tǝyyarǝyǝ görǝ yaranan gǝrginlik barǝdǝ isǝ deyib ki bizim bu hadisǝni böyütmǝk kimi bir niyyǝtimiz qǝtiyyǝtlǝ yoxdur. Diplomatiya vǝ dialoq kanallarının işǝ daxil edilǝrǝk, mǝntiqin qalib gǝlǝcǝyinǝ ümid edirǝm.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr