Tahir Elçinin ölümündə təqsirli bilinən şəxs tutulub

Sur qǝsǝbǝsindǝ PKK tərəfindən həyata keçirilən və vəkillər kollegiyasının sədri Tahir Elçi və 2 polisin şəhid olduğu hücumlarla bağlı bir nəfər saxlanılıb.

395408
Tahir Elçinin ölümündə təqsirli bilinən şəxs tutulub

Diyarbəkir Cümhuriyyət Baş prokurorluğu Sur qǝsǝbǝsindǝ PKK tərəfindən həyata keçirilən və vəkillər kollegiyasının sədri Tahir Elçi və 2 polisin şəhid olduğu hücumlarla bağlı bir nəfərin saxlanıldığını açıqlayıb.
Yazılı açıqlamada bildirilir ki, hadisə zamanı avtomobildə olan sürücü A.S, Cümhuriyyət baş prokurorluğunun təlimatı ilə nəzarət altına alınıb.
Hadisədə şübhəli bilinən M.G haqqında da Cümhuriyyət prokurorluğunun tələbi ilə saxlanılma qərarı çıxarılıb, digər şübhəlilərin kimliyi isə araşdırılır.
Digər tərəfdən Baş prokurorluq vəkillər kollegiyasının sədri Tahir Elçinin ölümü ilə nəticələnən hadisəsinin şahidləri Diyarbəkir vəkillər kollegiyasının əməkdaşları, müxbirlər, polis məmurları və hadisənin digər şahidlǝrinin bildiklǝri haqqında araşdırmalar davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr