Davudoğlu: "Tǝyyarǝnin düşürülmǝsi bir ölkǝyǝ qarşı edilmiş hǝrǝ

Baş nazir Әhmǝd Davudoğlu Türkiyǝnin hava mǝkanını pozan Rusiyaya mǝxsus döyüş tǝyyarǝsinin düşürülmǝsinin bir ölkǝyǝ qarşı edilmiş hǝrǝkǝt olmadığını bildirib.

355564
Davudoğlu: "Tǝyyarǝnin düşürülmǝsi bir ölkǝyǝ qarşı edilmiş hǝrǝ

Baş nazir Әhmǝd Davudoğlu Türkiyǝnin hava mǝkanını pozan Rusiyaya mǝxsus döyüş tǝyyarǝsinin düşürülmǝsinin bir ölkǝyǝ qarşı edilmiş hǝrǝkǝt olmadığını bildirib.
Davudoğlu İngilis “The Times” qǝzetindǝ dǝrc olmuş “Rusiya diqqǝtini ortaq düşmǝnǝ cǝmlǝşdirmǝlidir” başlıqlı mǝqalǝsindǝ lazım gǝlǝn addımların atılmaqda davam etdiyini bildirǝrǝk deyib ki, Türkiyǝ mövcud tǝhlükǝlǝrǝ cavab qaydaları çǝrçivǝsindǝ, müstǝqil olduğu torpaqların vahidliyini qorumaq mǝqsǝdilǝ addım atdı. Әrazilǝrimizi qorumaq mǝqsǝdilǝ tǝdbirlǝr öz yerindǝ qalacaq amma Türkiyǝ gǝrginliyi azaltmaq üçün Rusiya vǝ müttǝfiqlǝrimizlǝ birlikdǝ çalışacaq.
“Diqqǝtimizi bizi birlǝşdirǝn mǝsǝlǝdǝn yayındırmamalıyıq” deyǝ vurğulayan Davudoğlu deyib ki, ǝks tǝqdirdǝ qalib olanlar sadǝcǝ DEAŞ vǝ Suriya rejimi olar. Bu simvolik ǝlaqǝ ikisinǝ dǝ hǝyat verir. Parisdǝ törǝdilǝn terror aktlarından sonra, eynilǝ Ankara vǝ daha öncǝ baş verǝnlǝrdǝ olduğu kimi diqqǝt mǝrkǝzindǝ saxlanılması vacib olan şey DEAŞ-ın ortaya qoyduğu tǝhdidlǝ mübarizǝ aparmaq, Suriyanın gǝlǝcǝyini zǝmanǝt altına almaq vǝ mövcud qaçqın probleminǝ hǝll yolu axtarmaqdır. Bunu yerinǝ yǝtirmǝmǝk DEAŞ-ın nifrǝt ehtiva edǝn ideologiyasına yardım edǝr. Terror bǝlası kimi buna verilǝn qlobal cavab da o yerdǝki mǝhǝlli mǝnfǝǝtlǝrin sǝrhǝdini ötmǝmǝlidir.
“Orta Şǝrqdǝki böhranlara diqqǝt yetirmǝmǝk artıq bir seçim deyildir, dünya artıq ortaq hǝrǝkǝt etmǝyin önǝmini yenidǝn düşünmǝlidir” deyǝ Davudoğlu vurğulayıb.
Baş nazir mǝqalǝsindǝ davamla bildirib ki, beynǝlxalq ictimaiyyǝt DEAŞ-ın Suriyada yayılması ilǝ mübarizǝ edilmǝsi barǝdǝ uğursuz oldu. Bunun yerinǝ DEAŞ-dan kǝnardakı qruplar, Әsǝd rejimi ilǝ mübarizǝ edǝn qruplar bombalandı.
“Paris, Ankara vǝ Beyrutdakı terror aktları ilǝ Sinada Rusiyaya mǝxsus tǝyyarǝnin düşürülmǝsinin arxasındakı terroru planlaşdıranların mǝqsǝdi qaçqınlara istiqamǝtli mǝrhǝmǝtli addımlara zǝrǝr vǝrmǝk vǝ Qǝrbdǝ fǝrqli inançlar arasındakı ahǝngi pozmaqdır” deyǝ Baş nazir Davudoğlu qeyd edib.
Türkiyǝnin Avropa üçün insani bir düşüncǝni müdafiǝ edǝnlǝrin yanında olduğunu ifadǝ edǝn Baş nazir bildirib ki, doğurdan da bizim Avropa İttifaqına üzv olmaq üçün müraciǝt etmǝyimiz, bu mövzudakı vǝdlǝrimizin daşıdığı ǝhǝmiyyǝti göstǝrir vǝ bunu qaçqınlar mǝsǝlǝsindǝ ortaya qoyduğumuz hǝll yollarında görmǝk mümkündür.
Baş nazir Davudoğlu mǝqalǝsini bu sözlǝrlǝ yekunlaşdırıb:”Bugün DEAŞ-a qarşı güclü olma günüdür. ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyǝ vǝ digǝrlǝrinin fǝrqli gücünü işǝ daxil edǝcǝk kollektiv hǝrǝkǝt vǝ iradǝ dalğanı tǝrsinǝ çevirǝcǝkdir”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr