Osmanlı mətbəxinin ləzzətli yeməkləri Almaniyada təqdim olundu

Türkiyənin Yunus Əmrə İnstitutu Almaniyanın Köln şəhərində keçirdiyi bir tədbirdə Osmanlı saray mətbəxini təqdim etdi.

422585
 Osmanlı mətbəxinin ləzzətli yeməkləri Almaniyada  təqdim olundu

İnstitutda keçirilən gecədə alman incəsənəti, siyasəti və elm dünyasının tanınmış xadimləri iştirak etdilər.

Osmanlı mətbəxinə xas yeməklərin təqdim olunduğu gecədə  klassik Türk musiqisindən nümunələr səsləndirildi.

Yunus Əmrə İnstitutu Köln müdiri Yılmaz Bulud belə bir gecəni Milad bayramında da keçirmək istədiklərini bildiriərək: " Əksəriyyəti  almanlardan ibarət olan qonaqlarımız bu gecə həm qonaqpərvərliyimizdən, həm tarixi mətbəximizin ləzzətinidən, həm də musiqilərimizin  müşayiəti ilə edilən söhbətlərdən ibarət zövqlü anlar yaşadılar. Biz də zəngin tariximiz və mədəniyyətimizin mühüm hissəsi olan mətbəx mədəniyyətimizi görünüşlə birləşdirib ən yaxşı şəkildə təqdim etməkdən böyük zövq aldıq" dedi.

Dekorasiya olaraq Osmanlı saraylarını xatırladan məkanda verilən ziyafətdə qonaqlara pendirli tarhana şorbası, soyuq qəlyənaltılar, zeytun yağlı dolma, börək, köftə, qızartmalar, şabalıdlı quzu qızartması, güllaç, şöbiyet, şərbət və Türk qəhvəsi təqdim olundu.

Gecədə həmçinin, Türkiyənin Köln Baş Konsulu Hüseyn Emre Enginlə yanaşı Yaşıllar Partiyası NRW millət vəkili Arif Ünal və dirijor Betin Günəş kimi Türkiyə mənşəli məşhurlar da vardı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr