PKK-ya qarşı keçirilən əməliyyatlarda 32 nəfər saxlanılıb

İstanbulda 20 nəfər terrorist nəzarət altına alınıb.

422204
PKK-ya qarşı keçirilən əməliyyatlarda 32 nəfər saxlanılıb

İstanbulun Küçükçəkməcə rayonunda təşkil olunan əməliyyatlarda axtarışda olan 2 nəfər də daxil olmaqla, 12-si göz altına alınıb.
Adanada isə polis mərkəzi qarşısına qoyulan bomba ilə yüklənmiş avtomobilin cinayətkarlarını yaxalamaq üçün təşkil olunan birgə əməliyyatlarda PKK-çı olduqları irəli sürülən 20 nəfər gözaltına alınıb.
Partlayışın baş verdiyi Dənizli Şəhid Özer Özkaya Polis Mərkəzinin ətrafındakı 3 məhəllədə əməliyyata təqribən 1000 polis qatılıb.
Mərkəz Seyhan bölgəsinin Dənizli, İsmetpaşa, Narlıca və Mithatpaşa məhəllələrində 20 ünvanda əməliyyatlar təşkil olunub.
Axtarış itləri ilə araşdırma aparılan evlərdə 20 nəfər göz altına alınıb. Havadan helikopterin də dəstək verdiyi əməliyyatda nəzarət altına alınanlar Adana Polis İdarəsinə aparılıb.
Əməliyyatlar zamanı aşkarlanan xeyli sayda silah-sursat baxılması üçün götürülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr