Terror vǝ qaçqın mǝsǝlǝsinin hǝllindǝ İslam ölkǝlǝrinin öhdǝlikl

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan terror vǝ qaçqın mǝsǝlǝsinin hǝllindǝ İslam ölkǝlǝrinin üzǝrinǝ böyük vǝzifǝlǝr düşdüyünü söylǝyib.

419450
Terror vǝ qaçqın mǝsǝlǝsinin hǝllindǝ İslam ölkǝlǝrinin öhdǝlikl

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan terror vǝ qaçqın mǝsǝlǝsinin hǝllindǝ İslam ölkǝlǝrinin üzǝrinǝ böyük vǝzifǝlǝr düşdüyünü söylǝyib.
Dövlǝt başçısı İstanbulda tǝşkil edilǝn İslam Әmǝkdaşlığı Tǝşkilatına üzv ölkǝlǝrin sǝhiyyǝ nazirlǝrinin iştirak etdiyi toplantıda çıxış edǝrǝk deyib ki, islam adından istifadǝ edǝrǝk müsǝlmanlara ǝn böyük zǝrǝri verǝn DEAŞ, Әl Qaidǝ, Boko Haram kimi tǝşkilatlar qaryısında hǝr zaman ǝmǝkdaşlıq edǝrǝk, açıq vǝ prinsipli bir mövqe ortaya qoymaq vacibdir.
“Müsǝlman qanı axıdan, qürurlarını gözdǝn yayındıraraq gǝlǝcǝklǝrini mǝhv edǝnlǝrin oyununu ǝmǝkdaşlıq edǝrǝk pozmalıyıq. Dünyadakı 1,7 milyard müsǝlmanın etibarını üç-beş terrorçunun insafına tǝrk edǝ bilmǝrik, tǝrk etmǝmǝliyik”-deyǝ Әrdoğan vurğulayıb.
Dövlǝt başçısı onu da dilǝ gǝtirib ki, dünyada dǝrinlǝşmǝkdǝ davam edǝn terrorizm vǝ qaçqın mǝsǝlǝsinin mǝrkǝzindǝ müsǝlman icmalar vǝ İslam dünyası yer alır. Digǝr ölkǝlǝrdǝ terrora vǝ qaçqın mǝsǝlǝnin sǝbǝb olduğu problemlǝrǝ qarşı artan reaksiyalar da tamamilǝ İslam dünyasına, bütün müsǝlmanlara yönǝlmǝyǝ başlayıb.
Terrorun ǝn önǝmli sǝbǝblǝrindǝn birinin yoxsulluq olduğunu vurğulayan Dövlǝt başçısı bildirib ki, terrorun arxasındakı güçlǝr yoxsulu seçir. Kamikadzelǝri dǝ onların arasından götürür. Buna son qoyulmalıdır.
Әrdoğan suriyalı qaçqınlar mǝsǝlǝsinǝ dǝ toxunaraq deyib ki, qaçqınlara 4,5 milyard dollarlıq kömǝkliklǝ Türkiyǝ dünyada üçüncü yeri tutur. Bu mǝsǝlǝdǝ bütün İslam ölkǝlǝrini yanımızda görmǝk istǝyǝrdik.
Dövlǝt başçısı ilk dǝfǝ keçirilǝcǝk Dünya Humanitar Yardım Zirvǝsinin gǝlǝcǝk il Türkiyǝdǝ tǝşkil edilǝcǝyini dǝ sözlǝrinǝ ǝlavǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr