Aleksis Tsipras Türkiyədə görüşlərə başlayıb

Yunanıstan Baş naziri Aleksis Tsipras Əhməd Davudoğlu ilə görüşüb.

418665
Aleksis Tsipras Türkiyədə görüşlərə başlayıb

Yunanıstan Baş naziri Aleksis Tsipras işgüzar səfəri çərçivəsində Türkiyədə ikitərəfli görüşlərə başlayıb.
Yunanıstan baş naziri Çankaya köşkündə türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb.
Mətbuata bağlı keçən görüşdən sonra hər iki tərəf nümayəndə heyəti ilə birgə nahara qatılıb.
Dövlət başçısı Rəcəp Tayyib Ərdoğanla da görüşəcək Tsipras CHP lideri Kemal Kılıcdaroğlu və HDP başçıları Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağla da bir araya gələcək.
Qeyd edək ki, ötən gün axşam Tsipras Baş nazir Əhməd Davudoğlu ilə birlikdə Türkiyə Yunanıstan arasında keçirilən futbol qarşılaşmasını izləyib.
Yunanıstanın baş naziri bu gün səhər saatlarında İstanbulda Fənər Rum Patrikxanasına da baş çəkərək Patrik Bartelemou ilə görüşüb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr