"İmmiqrantlarla terrorçulara eyni gözlə baxmaq təhlükədir"

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama DEAŞ-ın (İŞİD-in) İslamı, müsəlman dünyagörüşünü deyil, terrorizmi təmsil etdiyini vurğulayıb və immiqrantlar məsələsini terrorizmlə əlaqələndirməyi səhv adlandırıb.

417988
"İmmiqrantlarla terrorçulara eyni gözlə baxmaq təhlükədir"

 Obama bu sözləri Antalyadakı G 20 Zirvə Toplantısından sonra təşkil edilən mətbuat konfransında deyib.

 Terrorla mübarizə, immiqrantlar, Parisdəki hücumlardan bəhs edən Obama əsasən Suriyanın gələcəyi ilə bağlı danışıb. Vyanadakı görüşlərdən sonra irəliləyiş olacağına ümid etdiyini deyən ABŞ prezidenti Suriyanın gələcəyində Bəşər Əsədin olmayacağını, amma bu barədə hələ də Rusiya prezidenti Putinlə aralarında fikir ayrılığı olduğunu söyləyib.

 Obama Suriya və İraqda baş verənlərin nəticəsində Avropa sərhədlərinə dirənən insanlara din gözüylə baxılmasının Amerika dəyərlərinə uyğun gəlmədiyini deyib, çoxu müsəlman olan bu insanların terror qurbanları olduğunu vurğulayıb və immiqrantlarla terrorizmə eyni gözlə baxmanın təhlükə olduğunu vurğulayıb.

 Obama Türkiyə, İordaniya və Livan kimi ölkələrin immiqrantlata qapı açmasını bir daha təqdirəlayiq hərəkət hesab etdiyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr