"Bu fikir insanlıq məsuliyyətindən qaçmaq deməkdir", R.T.Ərdoğan

Dünya liderlərini Antalyada bir araya gətirən G 20 Sammiti sona çatıb. Yığıncağın ortaq bəyannaməsini dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dəyərləndirib.

417972
"Bu fikir insanlıq məsuliyyətindən qaçmaq deməkdir", R.T.Ərdoğan

  "Terrorun dini, milliyyəti, irqi və bölgəsi yoxdur. Terrorizmi hər hansı bir dinlə əlaqəli göstərmək insanlara təhqirdir. Çünki bütün dinlər üçün həyat haqqı müqəddəsdir" deyən Ərdoğan Suriya məsələsində beynəlxalq cəmiyyətin əl-ələ və səmərəli hərəkət etməsinin lazım olduğunu diqqətə çatdırıb.

  Əsədin Suriyanın gələcəyində yeri olmadığının vurğulayan Ərdoğan deyib: "G 20 liderləri terror təşkilatlarıyla mübarizə barədə fikir birliyindədir. Suriyada hər kəsin qəbul edəcəyi bir sülh olmadan qaçqın probleminin öhdəsindən gəlmək mümkün deyil. Suriyanın ərazi bütövlüyünün qorunması, terrordan təmizlənməsi, demokratik, qanuni siyasi hakimiyyətə qovuşması bu prosesin əsas hədəfləridir. Əsədin Suriyanın gələcəyində yeri yoxdur və ola da bilməz. Əsəd bu şansını çoxdan itirib".

  Bütün ölkələrin immiqrant böhranına yardım etməsini istəyən Ərdoğan bu barədə belə deyib: "Terror hadisələrilə qaçqınlar arasında əlaqə” fikri insanlıq məsuliyyətindən qaçmaq deməkdir. Həm terrorizmlə mübarizəni, həm də qaçqın böhranını həll etmək səylərini birlikdə yürütməliyik. Bu insani böhranla mübarizədə səmimi bir həmrəylik ortaya qoymalıyıq. Terrorizm nəinki beynəlxalq sülh və əmniyyəti təhlükəyə salır, həm də qlobal iqtisadiyyatın inkişafını baltalayır”.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr