Aleksis Çipras Türkiyəyə işgüzar səfər edir

Yunanıstanın Baş Naziri Aleksis Çipras ikitərəfli görüşlər keçirmək məqsədilə bu gün Türkiyəyə işgüzar səfər edir.

418224
Aleksis Çipras Türkiyəyə işgüzar səfər edir

Axşam İstanbulda olacaq Çipras Baş Nazir Əhməd Davudoğlu ilə Türkiyə-Yunanıstan hazırlıq matçını izləyəcək.

Yunanıstan Baş Nazirinin səfər proqramında sabah səhər saatlarında Fənər Rum Patriarxının ziyarəti də var.

Sonra yüksək səviyyəli qonaq Ankaraya gələrək Baş Nazir Əhməd Davudoğlu ilə birgə mətbuat konfransı keçirəcək.

Aleksis Çipras Türkiyə Cümhuriyyət Xalq Partiyasının Sədri Kamal Kılıcdaroğlu və Xalqların Demokratik Partiyasının Həmsədri Selahattin Demirtaş ilə də təkbətək görüşlər keçirəcək.

 

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr