Vaşinqton-post qəzetində Obamanın Türkiyə səfəri haqqında elan y

ABŞ-dakı Türk-Amerika dərnəyi, dövlət başçısı Barak Obamadan terrorla mübarizə, miqrant böhranı kimi mövzularla bağlı Türkiyəyə dəstək olmasını istəyib.

365605
Vaşinqton-post qəzetində Obamanın Türkiyə səfəri haqqında elan y

ABŞ-dakı Türk-Amerika dərnəyi, dövlət başçısı Barak Obamadan terrorla mübarizə, miqrant böhranı kimi mövzularla bağlı Türkiyəyə dəstək olmasını istəyib.
ABŞ-da fəaliyyət göstərən 150 Türk-Amerika dərnəyi adından Türk-Amerika istiqmətləndirmə komitəsi, Barak Obamanın Türkiyəyə edəcəyi ziyarətdən əvvəl Vaşinqton Post qəzetində elan yerləşdirib.
Obamanın Antalyaya səfəri çərçivəsində görüşlərinin yaxşı nəticə verəcəyini yazan qəzet iki ölkənin müttəfiq olduğunu vurğulayıb və Türkiyə ilə ABŞ-nın Koreya, Əfqanıstan və Balkan ölkləri ilə çiyin-çiyinə çarpışdığını, soyuq müharibə ərəfəsində də təhdidlərə birlikdə qarşı olduğunu xatırladıb.
Yazıda o da vurğulanır ki, bölgəsində terror bəlasının hökm sürdüyü Türkiyə 2,5 milyondan artıq qaçqına sərhədlərini açıb.
Orda deyilir:“ Barak Obama, Türkiyənin dostu olaraq sizdən milyonlarla suriyalı, iraqlı, əfqanıstanlı və digər ölkələrdən olan qaçqınların həyatının qorunması üçün Türkiyənin cǝhdlǝrinǝ kömək olmanızı istəyirik”
Oktyabrın 10-da Ankarada təşkil olunan terror hadisəsi nəticəsində 102 nəfərin həlak olmasını xatırladan komitə, Türkiyənin bu hücumlara və tez-tez baş verən təhdidlərə təslim olmayacığını da vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr