G-20 Sammiti üçün "Kiber Təhlükəsizlik Sistemi" yaradıldı

Antalyada 15-16 noyabrda keçiriləcək G-20 Liderlər Sammiti üçün ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri hazırlandı. Eyni zamanda, kiber təhlükəsizlik mövzusunda da fövqəladə tədbirlər görüldü.

416410
G-20 Sammiti üçün "Kiber Təhlükəsizlik Sistemi" yaradıldı

Sammitin informasiya sistemlərinə ola biləcək kiber hücumlara qarşı “Kiber Təhlükəsizlik Sistemi”  və “non-stop” rejimi ilə işləyəcək kiber təhlükəsizlik qrupları yaradıldı.

Böyük İyirmilərin Sammiti üçün hazırlanan məlumatlar iki mərhələli nəzarət və qarşılıqlı razılıqdan sonra xüsusi şifrə vasitəsilə sistemə yüklənəcək. Təhlükəsizlik mərhələlərini keçməyən heç bir məlumatın sistemə girişinə icazə verilməyəcək.

Görülən bütün tədbirlərə baxmayaraq qarşısı alına bilinməyəcək hücum halında isə əlavə sistemə keçiləcək və sammit qapalı dövrə davam edəcək.

Liderlərin qalacağı otellər, konfrans zalları və xüsusi otaqlarda surdo kameralar tətbiq olunacaq, jammerlər 24 saat işləyəcək.

Daha əvvəlki G-20 zirvələri dinləmə qalmaqalları ilə gündəmə gəlmişdi.

İngiltərə, Kanada və Avstraliyadakı sammitlərdə 25 ölkənin lideri dinlənmiş, hackerlər bəzi liderlərin pasport nömrələrini və şəxsi məlumatlarını əldə etmişdilər.

Dinləmə sənədlərini Rusiyaya qaçan keçmiş amerikan agenti Edward Snowden açıqlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr