TİKA Kosovoda səhiyyə yardımlarını davam etdirir

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Sədr Müavini Əli Maskan Kosovoda danışıqlar aparır.

365507
TİKA Kosovoda səhiyyə yardımlarını davam etdirir


Əli Maskan Kosovo Səhiyyə Naziri İmet Rəhmani ilə görüşdü.

Görüşdə Kosovo Universiteti Klinik Mərkəzində intensiv müalicə və reanimasıya şöbəsinin yaradılması barədə razılıq əldə olundu.

Dəyəri 2 milyon avro olan reanimasiya şöbəsinin iki il ərzində başa çatdırılması nəzərdə tutulur.

 Görüşdə Kosovo Səhiyyə Naziri Rəhmani Türkiyəyə ,xüsusilə, səhiyyə sahəsində bu günə qədər göstərdiyi yardımlar üçün təşəkkür etdi.

Əli Maskan da, öz növbəsində, Türkiyənin təhsil və səhiyyə sahələrində Kosovoya yardımını davam etdirəcəyini söylədi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr