"Nə olursa olsun, işçilərin hamısı ştata alınacaq", F.Çelik

Əvvəlki Əmək və Sosial Müdafiə naziri Faruk Çelik minimum əmək haqqının 1 yanvardan 1300 lira olacağını deyib.

415933
"Nə olursa olsun, işçilərin hamısı ştata alınacaq", F.Çelik

  Faruk Çelik TRT Haber gündəmlə bağlı sualları cavablandırıb.

  Türkiyədə kimsənin tənqid edə bilməyəcəyi bir seçki prosesi keçirildiyini vurğulayan Faruk Çelik Türkiyənin imicini pozmağa edilən cəhdlərin boşa çıxdığını söyləyib.

  Ak Partiyanın seçkiqabağı vədlərinin bir-bir yerinə yetirildiyini deyən Çelik 1 dekabrda Minimum Əmək Haqqı Komissiyasının işçi və işə götürənlərin tələblərini nəzərə alaraq lazımlı işləri görəcəyini bildirib.

  Faruk Çelik taşeron işçilərin də ştata alınma məsələsinə toxunub: "Nə olursa olsun, işçilərin hamısı ştata alınacaq".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr