Xarici İşlǝr naziri Avropa İttifaqı Komissiyasının sǝdr müavinin

Xarici İşlǝr naziri Feridun Sinirlioğlu Ankarada sǝfǝrdǝ olan Avropa İttifaqı Komissiyasının sǝdr müavini Frans Timermansı qǝbul edib.

415501
Xarici İşlǝr naziri Avropa İttifaqı Komissiyasının sǝdr müavinin

Xarici İşlǝr naziri Feridun Sinirlioğlu Ankarada sǝfǝrdǝ olan Avropa İttifaqı Komissiyasının sǝdr müavini Frans Timermansı qǝbul edib.
Görüşdǝ Suriyadakı son vǝziyyǝt vǝ mövcud siyasi sabitsizliyin sǝbǝb olduğu qaçqın mǝsǝlǝsi müzakirǝ olunub.
Qaçqın mǝsǝlǝsinin necǝ hǝll edilǝ bilǝcǝyi barǝdǝ fikir mübadilǝsi aparan Sinirlioğlu vǝ qonağı Türkiyǝnin Avropa İttifaqına üzvlük prosesini dǝ müzakirǝ ediblǝr.
Sinirlioğlu suriyalı qaçqınların sǝbǝb olduğu yükün bölüşülmǝsinin daşıdığı ǝhǝmiyyǝtǝ diqqǝt çǝkib. Timermans isǝ Türkiyǝyǝ suriyalı qaçqınlara verdiyi dǝstǝyǝ görǝ tǝşǝkkür edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr