1 noyabr seçkilərinin yekun nəticələri

Ali Seçki Komissiyası 1 noyabr seçkilərinin yekun nəticələrini sabah günorta saatlarına qədər açıqlayacağını bildirib.

365340
1 noyabr seçkilərinin yekun nəticələri

Ali Seçki Komissiyası 1 noyabr seçkilərinin yekun nəticələrini sabah günorta saatlarına qədər açıqlayacağını bildirib.
Rəsmi nəticələrin açıqlanmasından 5 gün sonra Türkiyə Böyük Millət Məclisinin ilk iclası keçiriləcək.
Həmin gün seçki keçirilənə qədər qurulan hökumətin vəzifə müddəti başa çatacaq.
Ümumi iclasda dövlət başçısının mövcud hökumətin yenisi qurulana qədər vəzifədə qalması ilə bağlı sənədi oxunacaq.
Dövlət başçısı Ərdoğan, baş nazir Əhməd Davudoğluna yeni hökuməti formalaşdırmağı tapşıracaq.
Sonra məclis sədrinə seçkilər başlayacaq.
İlk 5 gündə TBMM sədri və sədrlik divanı üçün namizədlər müraciət edəcək, növbəti 5 gündə seçkilər gerçəkləşdiriləcək.
Məclis sədri üçün namizədlik müraciətlərinin müddəti noyabrın 21-də axşam saatlarında başa çatacaq.
Noyabrın 23-də bazar ertəsi yeni məclis sədrinin seçilməsi gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr