"Türkiyə gücünü tarixdən alır", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin gücünü tarixdən aldığını söyləyib.

414646
"Türkiyə gücünü tarixdən alır", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin gücünü tarixdən aldığını söyləyib.
Ərdoğan Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun Ulu Önderin ölümünün 77-ci ildönümü münasibəti ilə təşkil etdiyi Atatürkü Anım tədbirində danışıb.
Türkiyənin tarixi və mədəniyyətinin bir-birindǝn ayrılmaz vurğulayan Ərdoğan:
"Cümhuriyyəti qoruyarkən nə Səlcuqlunu və Osmanlını bir kənara qoya bilmərik, bizim gücümüz buradan gəlir. Biz əsl bir əcdadın davamı olan bir dövlətik" deyib.
Cümhuriyyətin quruluşu ilǝ yanaşı bu topraqlardakı digər Türk dövlətlərinin yaranmasının ildönümlərini də coşqu ilə qeyd etməyin vacibliyini vurğulayan Ərdoğan Türk xalqının Anadoluda cumhuriyyətin qurulmasından əvvəl də mövcud olduğunu xatırladıb.
Ərdoğan Türk tarixi və mədəniyyəti ilə bütövləşmə istiqamətində problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Baş nazir Əhməd Davudoğlu isə toplantıdakı çıxışında Atatürkün ən vacib xüsusiyyətlərindən birinin tarixin hansı istiqamǝtdǝ irǝlilǝyǝcǝyini yaxşı bilmǝsi olduğunu söylǝyib.
Baş nazir Türkiyə Cumhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatını bugünkü perespektivlə yenidən dəyərləndirməyə ehtiyac olduğunu da vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr