Prezident üsul idarǝsi sisteminǝ dair danışıqlar davam edir

Keçmiş Nəqliyyat, Dənizçilik və İnformasiya naziri Binali Yıldırım, 12-ci prezidentin xalq tərəfindən seçilməsiylə qismi olaraq prezident üsul idarǝsi sisteminin hǝyata keçirildiyini bildirib.

364542
Prezident üsul idarǝsi sisteminǝ dair danışıqlar davam edir

Prezident üsul idarǝsi sisteminin cəmiyyətdə ǝtraflı olaraq müzakirə edilmǝsinǝ zǝrurǝt olduğunu ifadǝ edǝn keçmiş nazir Yıldırım, partiyasının Ərzincan şǝhǝr idarǝsi sǝdrliyi tǝrǝfindǝn Kavakyolu qǝsǝbǝsindǝ təşkil edilən yığıncaqda etdiyi çıxışında bildirib ki, Qǝrarların daha sürətli qǝbul edilmǝsi, sabitlik vǝ daha güclü rəhbərliklərə sahib olmaq üçün, Türkiyǝnin sistem dəyişikliyinə ehtiyacı var.
Türkiyədə daha prezidentin xalq tərəfindən seçildiyini vǝ tam olaraq parlament sistemin olmadığını xatırladan Yıldırım, prezident üsul idarǝsi sisteminǝ dair hǝr şey ǝtraflı müzakirǝ edilǝrǝk, Türkiyənin xeyrinǝ olacaq ǝn gözǝl sistem mǝnimsǝnǝcǝkdir deyǝ vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr