Türkiyə bu gecə qış vaxtına keçir

Türkiyədə saatlar şənbə günündən bazara gününə keçən gecə, saat 04.00-dan etibarən 1 saat geri çəkiləcək.

364150
Türkiyə bu gecə qış vaxtına keçir

1 Noyabr parlament seçkiləri səbəbindən ölkədə qış vaxtına keçmə təxirə salınmışdı.

Oktyabrın 25-də sona çatmalı olan yay vaxtı bu il noyabrın 8-də bitəcək və saatlar 04.00-dan 03.00-a çəkiləcək.

Türkiyə Nazirlər Kabinetinin qərarı ilə  2015-ci ilin 29 martında gün işığından daha çox faydalanmaq və elektrik enerjisinə qənaət etmək məqsədilə saatlar saatlar 1 saat irəli çəkilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr