"Milli birlik vǝ qardaşlıq prosesindǝ geri addım atılmayıb", Yal

Baş nazirin müavini Yalçın Akdoğan terrorla mübarizǝdǝ böyük ǝhǝmiyyǝt daşıyan “milli birlik vǝ qardaşlıq prosesi”ndǝ geri addım atmadıqlarını bildirib.

363791
"Milli birlik vǝ qardaşlıq prosesindǝ geri addım atılmayıb", Yal

Baş nazirin müavini Yalçın Akdoğan terrorla mübarizǝdǝ böyük ǝhǝmiyyǝt daşıyan “milli birlik vǝ qardaşlıq prosesi”ndǝ geri addım atmadıqlarını bildirib.
Yalçın Akdoğan televiziya kanallarının birindǝ qatıldığı proqramda gündǝmǝ dair suallara cavab verǝrǝk deyib ki, hökumǝt milli birlik vǝ qardaşlıq prosesi çǝrçivǝsindǝ sǝylǝrini davam etdirǝrkǝn terror tǝşkilatı PKK bu prosesǝ zǝrǝr verdi. 7 iyun seçkilǝrindǝn sonra baş verǝn terror aktları mǝsǝlǝni tamamilǝ başqa istiqamǝtǝ aparıb çıxardı.
“Çünki terror tǝşkilatı hǝll prosesilǝ maraqlanmadığını, ancaq silahla mǝqsǝdinǝ çatacağını göstǝrdi. Amma bunların heç birindǝ uğurlu oluna bilmǝdi. Terrorla mübarizǝ bu çǝrçivǝdǝ ǝhǝmiyyǝt daşıyır. “Milli birlik vǝ qardaşlıq prosesi” dediyimiz proses bu işin ǝsasǝn tǝmǝli vǝ ruhudur. Türkiyǝnin vahidliyi, ictimaiyyǝt arasında birlik vǝ bǝrabǝrlik bu prosesin ǝsasını tǝşkil edir. Bu çǝrçivǝdǝ geri addım atılmayacaqdır” deyǝ Baş nazirin müavini vurğulayıb.
Terror tǝşkilatının mǝqsǝdinǝ nail ola bilmǝmǝsi vǝ tǝhlükǝsizliklǝ bağlı bir sıra mǝsǝlǝlǝrin hǝllinin daşıdığı ǝhǝmiyyǝtǝ dǝ toxunan Yalçın Akdoğan bildirib ki, bölgǝ xalqına xidmǝt vǝ bölgǝdǝki sǝrmayǝ qoyuluşları davam edǝcǝkdir.
Әdalǝt vǝ İnkişaf Partiyasının seçki bǝyannamǝsindǝ islahatlar, vǝdlǝr vǝ layihǝlǝrin olduğunu xatırladan Akdoğan onu da vurğulayıb ki, ilk planda qısa müddǝt ǝrzindǝ bu layihǝlǝrin hǝyata keçirilmǝsinǝ dair fǝaliyyǝtlǝr aparıldı. Yeni kontitusiya mǝsǝlǝsi isǝ digǝr partiyalarla razılıq ǝldǝ edilǝrǝk hǝllini tapacaq bir mǝsǝlǝdir. Bu mǝsǝlǝdǝ bizim qǝti mövqeyimiz mǝlumdur. Hörmǝtli Baş nazirimizin ortaya qoyduğu iradǝ bǝllidir. Bu mǝsǝlǝ öz çǝrçivǝsindǝ vǝ müǝyyǝn zamanda öz hǝllini tapacaqdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr