Çeşmǝ qǝsǝbǝsinin sahillǝrindǝ 40 qaçqın yaxalanıb

Әgǝ dǝnizindǝ qayıqda ölüm tǝhlükǝsilǝ üz-üzə qalan qaçqınlar xilas edilib.

409611
Çeşmǝ qǝsǝbǝsinin sahillǝrindǝ 40 qaçqın yaxalanıb

Əgə dǝnizindǝ ölüm tǝhlükǝsilǝ üz-üzə qalan qaçqınlar xilas edilib.
İzmir vilayǝtinin Çeşmǝ qǝsǝbǝsinin sahillǝrindǝ xarici ölkəyə qeyri-qanuni keçməyə cǝhd göstǝrǝn 40 qaçqın yaxalanıb.
Rezin qayıqda qaçqınların olduğu barǝdǝ mǝlumat ǝldǝ edǝn sahil mühafizǝ xidmǝti ǝmǝliyyat hǝyata keçirib.
Qaraabdullah Burnu sahillǝrindǝ dǝnizdǝ dalğalardan canını qurtarmağa çalışan qaçqınların suriyalı olduqları bildirilib.
Sahil mühafizǝ xidmǝti 40 qaçqından 10-nun uşaq olduğunu açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr