Terror təşkilatı PKK-ya məxsus sığınacaqlar məhv edilib

Terrorçuların Hakkarı və İraqın şimalında yerləşən sığınacaqları məhv edilib.

409048
Terror təşkilatı PKK-ya məxsus sığınacaqlar məhv edilib

Hakkari ilə İraqın şimalında yerləşən Metina,Zap,Avaşin-Basyan,Hakurk, Gara, və Kandil bölgələrində yerləşən və separatçı terror təşkilatı PKK tərəfindən istifadə edilən sığınacaqlara hava əməliyyatı təşkil olunub.
Baş Qərarqah Rəisliyindən verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində terror təşkilatına məxsus sığınacaqlar ilə silah-sursat ambarları məhv edilib.
Şırnakda isə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyat nəticəsində terror qruplaşmasına məxsus sığınacaqda 300 ədəd ‘‘Doçka’’ tipli mərmi ilə həyat üçün lazım olan ləvazimat ələ keçirilib.
Digər tərəfdən Suriyadan qeyri-leqal yollarla Türkiyəyə daxil olmağa cəhd göstərən 1 nəfər DEAŞ terrorçusu saxlanılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr