Türkiyǝdǝ sǝs vermǝ prosesi başa çatdı

Türkiyə Böyük Millət Məclisinə (TBMM) növbədənkənar seçkilər keçirilib.

361691
Türkiyǝdǝ sǝs vermǝ prosesi başa çatdı

Ali Seçki Şurasının statistikasına görə, ölkə daxilində 54, ölkə xaricində isə 3 milyon nəfər səsvermə hüququna malik şəxs var. Bu il iyunun 7-də keçirilmiş parlament seçkisi ilə müqayisədə ölkə daxilindəki seçicilərin sayı 310, xaricdəki seçici sayı isə 28 min nəfər artıb. Oktyabrın 10-da Türkiyənin xaricdəki diplomatik missiyalarında başlayan səsvermə ayın 25-də başa çatıb. Ölkənin Şərq və Cənubi-Şərq bölgələrindəki bəzi vilayətlərdə səsvermə saat 16:00-da başa çatarkǝn, digər bölgələrdə proses saat 17.00 başa çatıb. Seçkinin ilk nəticələri saat 20.00-dǝ açıqlanacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr