"Çıxacaq nəticəyə millətlə birlikdə hörmət edəcəyik",R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Parlament seçkilərilə bağlı deyib:

361250
"Çıxacaq nəticəyə millətlə birlikdə hörmət edəcəyik",R.T.Ərdoğan

  "Çıxacaq nəticəyə millətlə birlikdə hörmət edəcəyik. Çünki ölkəmizin, bunu unutmayaq, birliyini, bərabərliyini pozmağa cəhd edən qüvvələr var, içəridə də, çöldə də.

  İstanbulda jurnalistlərin suallarını cavablandıran Ərdoğan Rumeli Hasarında (Boğazkəsən Qalasında) yenidən inşa edilən Boğazkəsən Fəth məscidini ziyarət edib.

  Günorta namazını burada qılan R.T.Ərdoğan Rumeli Hasarının içindəki məscidin İstanbulun fəthindən çox əvvəl və çox qısa bir müddətdə inşa edildiyini, ancaq zəlzələdə dağıldığını və məscidin daha sonra yenidən tikildiyini nəzərə çatdırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr