Türkiyəli məşhur boksçu vəfat etdi

Türkiyənin Ağır çəki üzrə Dünya Qitələrarası Boks Çempionu Sinan Şamil Sam İstanbulda vəfat etdi.

404156
Türkiyəli məşhur boksçu vəfat etdi

Qaraciyər çatışmazlığı xəstəliyindən müalicə olunan Sam bir neçə gün əvvəl özəl xəstəxanadan Mərmərə Universiteti Pendik Təhsil Araşdırma Xəstəxanasına köçürülərək reanimasıya şöbəsinə yerləşdirildi. Keçmiş dünya çempionu bütün səylərə baxmayaraq həyatını itirdi.

Baş nazir Əhməd Davudoğlunun da yaxından maraqlandığı Samın cənazə namazı sabah (şənbə günü) Ankarada Kocatepe Məscidində zöhr namazından sonra qılınacaq, mərhum Karşıyaka Məzarlığında dəfn olunacaq.

1974-ci ildə Almaniyanın Frankfurt şəhərində anadan olan Sinan Şamil Sam 9 dəfə Türkiyə çempionu olub.

"Boğazın Buğası" kimi tanınan Sinan Şamil Sam 20 Noyabr 2004-cü ildə Ağır çəki üzrə Dünya Qitələrarası  Boks Çempionu titulunun sahibi olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr