Firidun Sinirlioğlu Suriya məsələsi ilə əlaqədar ABŞ-dadır

Suriyadakı böhranı dayandırmağa çalışan tərəflər Vyanada bir araya gəlib siyasi həll yolunu müzakirə ediblər.

360364
Firidun Sinirlioğlu Suriya məsələsi ilə əlaqədar ABŞ-dadır

Xarici işlər naziri Firudun Sinirlioğlu ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov və Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil bin Əhməd Əl-Cubeyr dünən dördtərəfli görüş keçriblər.
Toplantıda Suriyadakı vəziyyət və keçir prosesində müşahidə olunacaq yol xəritəsi növbəti dəfə müzakirəyə çıxarılıb.
İlk toplantı ötən həftə keçirilmişdi.
Dünən keçirilən ikinci toplantıda Əsəd məsələsi ilə bağlı yenə razılıq əldə olunmayıb.
ABŞ və Türkiyənin daxil olduğu blok Suriyada keçid prosesi istəyir. Bu prosesdə Əsəd olacaqsa, 6 ay rəhbərliyin öz vəzifəsində qalacaqları fikrindədirlər.
Vyanadaki toplantıya da bu məsələlərlə bağlı gedilib.
Lakin Əsədin yanında olan Rusiya ilə razılaşmayıblar. Kremlin Əsədin gücünü qorumasını, keçid prosesindən sonra ölkəyə kimin rəhbər təyin olunmasına xalqın qərar verməsini istəyir.
Dördtərəfli görüşdən sonra xarişi işlər naziri Sinirlioğlu və BMT tƏmsilcisi Mogherini görüşüblər.
Suriyadakı vəziyyət müzakirə olunub.

Bu gün də davam edəcək toplantıya aralarında İranın da olacağı 17 ölkə ilə Avropa İttifaqı və BMT təmsilçilərinin qatılması gözlənilir.
Tərəflər 2012-ci ildə qəbul edilən Çenevrə konvensiyasına əsasən Suriyada keçid hökumətinin qurulması məsələsində irəliləyişi təmin etməyə çalışırlar.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr