Bu gün Türkiyə Respublikasının yaradılmasının 92-ci ildönümüdür

Türkiyə Respublikasının 92-ci ildönümü münasibətilə həm ölkə daxilində, Şimali Kıbrıs Türk Cümhuriyyətində, həm də xaricdəki nümayəndəliklərdə mərasimlər keçirilir.

359841
 Bu gün Türkiyə Respublikasının yaradılmasının 92-ci ildönümüdür

Paytaxt Ankarada 29 Oktyabr Respublika Bayramı mərasimləri Anıtqəbirdən başlayacaq.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyəti ilk olaraq Anıtqəbiri ziyarət edəcək.

Mərasimdən sonra dövlət başçısı Ərdoğan Prezident Sarayında təbrikləri qəbul edəcək. Daha sonra Atatürk Mədəniyyət Mərkəzində rəsmi mərasim təşkil olunacaq.

Qeyd edək ki, Türkiyə vaxtı ilə saat 20:00 Prezident R.T. Ərdoğan Respublika günü münasibətilə Prezident Sarayında ziyafət verəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr